Azərbaycan Bali Demokratiya Forumunda təmsil olundu – Bu mövzulara toxunuldu

Hazırda oxunan: Azərbaycan Bali Demokratiya Forumunda təmsil olundu – Bu mövzulara toxunuldu

49910

İndoneziyada Bali Demokratiya Forumunun “İnsanlıq üçün demokratiya: pandemiya dövründə iqtisadi və sosial ədalətin təşviq olunması” mövzusunda 14-cü sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sessiyada onlayn formatda iştirak edən M.Məmməd-Quliyev çıxışında Azərbaycanın COVİD-19 pandemiyası ilə qlobal mübarizəyə verdiyi töhfələri vurğulayıb, ölkəmizin “vaksin millətçiliyinə” qarşı çıxdığını qeyd edib.

Bu xüsusda o, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində təklifi əsasında 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyi, eləcə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü “Bütün ölkələrin vaksinlərə bərabər və universal əlçatanlığının təmin edilməsi” barədə qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında konsensusla, BMT Baş Assambleyasının 3-cü komitəsində isə dövlətlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənərək qəbul edildiyini xatırladıb.

Nazir müavininin çıxışında, həmçinin ölkə daxilində pandemiya dövründə əhalinin sosial və iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər öz əksini tapıb.

M.Məmməd-Quliyev 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulduğunu, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu tədbir iştirakçılarının diqqətə çatdırıb. 

Forumda bir çox dünya və region dövlətlərinin ictimai və siyasi xadimləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxış ediblər.

Məlumat üçün bildirmək istərdik ki, Bali Demokratiya Forumu İndoneziya hökumətinin təşəbbüsü ilə 2008-ci ildən etibarən keçirilir və Asiya-Sakit okean və daha geniş regionda demokratiyanın müsbət təcrübələrin mübadiləsi yolu ilə təşviqinə xidmət etməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO