Allahşükür Paşazadə

Allahşükür Paşazadə "Qaraheybət" şəhidlərinin ailələrinə başsağlığı verdi

Hazırda oxunan: Allahşükür Paşazadə "Qaraheybət" şəhidlərinin ailələrinə başsağlığı verdi
48567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib.

Bu barədə Bizim.Media-ya idarədən məlumat verilib.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqoununda təlim uçuşları yerinə yetirərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!!
 

MÖVZU İLƏ BAĞLI:

"Qaraheybət" şəhidləri dəfn olunur - II Şəhidlər xiyabanında


Şeyxülislam A.Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfaət diləyir, tezliklə sağalmaları üçün dualar edir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO