İlham Əliyev İƏT üzvlərinin bu addımını “tarixi hadisə” ADLANDIRDI

Hazırda oxunan: İlham Əliyev İƏT üzvlərinin bu addımını “tarixi hadisə” ADLANDIRDI

48059

"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik etməsi Azərbaycan xalqı üçün tarixi hadisədir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.

"Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Aşqabadda İƏT-in XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib


Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir.

Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik", - deyə Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO