Rusiya növbəti hərbi hospitalını Ağdərədə açır

Rusiya növbəti hərbi hospitalını Ağdərədə açır

Hazırda oxunan: Rusiya növbəti hərbi hospitalını Ağdərədə açır
4204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Qarabağda ikinci hərbi hospital açır.

Bizim.Media-nın məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O, Rusiya sülhməramlı əməliyyatı çərçivəsində ikinci hərbi hospitalın Ağdərədə açılacağını söyləyib:

"Bu yaşayış məntəqəsində ikinci hərbi hospitalın yaradılması işləri davam edir. Xanabad yaşayış məntəqəsində Rusiya Müdafiə Nazirliyinin hərbi hospitalının briqadası tərəfindən 48 sakinə, o cümlədən 12 uşağa tibbi yardım göstərilib”.

Rusiya MN rəsmisinin sözlərinə görə, sülhməramlı qüvvələrin və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi davam etdirilir.

Bundan başqa, Konaşenkov Rusiya sülhməramlılarının dinc sakinlərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin etdiyini də vurğulayıb:

“Ermənistandan Dağlıq Qarabağa son sutka ərzində 1479 nəfər qayıdıb. Ümumilikdə sülhməramlı əməliyyatı çərçivəsində 28 mindən çox qaçqının təhlükəsiz şəkildə qayıtması təmin olunub”.

Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlıları Xocalı ərazisində hərbi hospital yaradıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO