Sahibə Qafarova Qazaxıstana getdi - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova Qazaxıstana getdi - FOTO 

38943

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının Türküstan şəhərinə işgüzar səfərə gəlib. 

Bizim.Media-nın məlumatına görə, səfərin məqsədi Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirakdır. 

Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Hava Limanında nümayəndə heyətini Qazaxıstan yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar. 

Sabah Milli Məclisin sədri TürkPA-nın 10-cu plenar sessiyası çərçivəsində keçiriləcək Şura iclasında və sessiyanın işində iştirak edəcək. Parlamentin spikeri Sahibə Qafarovanın plenar sessiyada çıxışı gözlənilir. 

Tədbirdə təşkilata üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi və digər qurumların təmsilçiləri iştirak edəcəklər.  

Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO