XİN BAŞÇISI:

XİN BAŞÇISI: "Ərazilərin mina ilə kütləvi çirklənməsi yenidənqurma işlərinə mane olur"

Hazırda oxunan: XİN BAŞÇISI: "Ərazilərin mina ilə kütləvi çirklənməsi yenidənqurma işlərinə mane olur"
38216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azad edilən ərazilərin mina ilə kütləvi çirklənməsi Azərbaycan hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışında deyib. 

"Ən əsası, bu, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri dönmək hüququnun həyata keçirilməsinə təsir göstərir", - nazir bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Viktoriya Nulandla nələri müzakirə etdi? - FOTO


C.Bayramov vurğulayıb ki, Azərbaycanın azad edilən ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir:

"Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərimizdəndir.

Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO