Milli Məclisin payız sessiyasında bu layihələr MÜZAKİRƏ EDİLƏCƏK 

Hazırda oxunan: Milli Məclisin payız sessiyasında bu layihələr MÜZAKİRƏ EDİLƏCƏK 

0:00
0:00
37736

Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis yeni qanun layihəsini müzakirəyə çıxarır


Bunlar “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Turizm haqqında” və s. qanun layihələridir. 

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir. 

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO