Türkiyə səfirliyi Bakının azad olunmasının 103 illiyini qeyd etdi - FOTO 

Hazırda oxunan: Türkiyə səfirliyi Bakının azad olunmasının 103 illiyini qeyd etdi - FOTO 

37095

Türkiyə səfirliyi Bakının azad olunmasının 103-cü ildönümü münasibətilə Şəhidlər Xiyabanında anım mərasimi keçirib.  

Bizim.Media xəbər verir ki, Türkiyə səfiri Cahid Bağçı türk əsgərinin qəbrinə əklil qoyub.  

Daha sonra o, çıxış edərək, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsinin tarixinə nəzər salıb. 

Səfir bildirib ki, illər ötdükcə bu hadisənin Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı aydın dərk olunur.  
 

“Bakının azad olunması nəinki Azərbaycanın, bütün Qafqazın siyasi həyatında əhəmiyyətli rol oynayıb”, - deyə C. Bağcı fikrini tamamlayıb.


Daha sonra tədbir iştirakçıları əbədi yanar abidəsini ziyarət ediblər.

Vüsalə Balayeva, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO