Türkiyə səfiri Azərbaycan xalqını TƏBRİK ETDİ

Türkiyə səfiri Azərbaycan xalqını TƏBRİK ETDİ

Hazırda oxunan: Türkiyə səfiri Azərbaycan xalqını TƏBRİK ETDİ
0:00
0:00
37004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi tvitter səhifəsində Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir: 

“Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür. Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandanı Nuri Paşanı, onun qəhrəman ordusunu və Qafqazın mərkəzində şəhid olanlara Allahdan rəhmət diləyir və onları minnətdarlıqla yad edirik”. 

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
 

Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.


Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO