Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”

Hazırda oxunan: Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”

31015

Nikol Paşinyan artıq hakimiyyətini möhkəmləndirib. Belə olan halda, Azərbaycan-Ermənistan danışıqlarında nələr dəyişə bilər?

“Paşinyanın baş nazir təyin olunacağı gözlənilən bir şey idi. Çünki onun partiyası seçkiləri udub. Paşinyan baş nazir olandan sonra Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə dəyişəcəyini təxmini proqnozlaşdırmaq olar. Məsələ ondan ibarətdir ki, Paşinyan hələ iyulun 7-də Putinlə görüşüb və oradan konkret siyasi resept alıb”.

Bizim.Media ilə dialoq zamanı bu sözləri səsləndirən politoloq Cümşüd Nuriyev hadisələrin gedişatından da bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

Avqustun 2-də Ermənistanda nə baş verəcək? – Analitiklər ŞOKDADIR


Belə ki, Paşinyanın aldığı tapşırığa görə həm Qarabağ ərazisində, həm də sərhəddə qarşıdurma yaratmaq üçün atəşkəs pozulmalıdır:

“Azərbaycan ordusu bu və ya digər formada buna müdaxilə etməlidir. Rus əsgəri yaralanmalı və ya öldürülməlidir, bundan sonra Rusiya işə qarışmalıdır. Bu, Paşinyana Moskva tərəfindən verilən tapşırıqdır. Amma Nikolu hakimiyyətdə saxlayan, onu yenidən hakimiyyətə gətirən Rusiya deyil, ABŞ-dır. Təbii ki, Ağ Ev Kremlin verdiyi qərarların Paşinyan tərəfindən reallaşdırılmasına imkan verməz. Sülhməramlılar NATO qüvvələri ilə əvəzlənir? Vaşinqtonla Parisin marağının arxasında BMT-dən icazə almaqla ATƏT-in Minsk Qrupu xətti ilə NATO qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi dayanır. Onlar bununla ATƏT-i həm yenidən diriltmək, eyni zamanda BMT qərarı ilə rus ordusunu Laçın koridorundan məcburi çıxartmaq niyyətindədirlər. Bu da Rusiyanın planlarının əleyhinədir”. 

Cümşüd Nuriyev belə düşünür. O ki qaldı Azərbaycan-Ermənistan danışıqlarına...

“İnanmıram ki, sentyabrın 16-na qədər danışıqlar baş tutsun. Çünki KTMT-yə sədrlik Ermənistana keçir və Moskva bununla Azərbaycanı daha iki il təsir göstərməyə çalışacaq. Amma bütün savaşların sonu onsuz da sülh sazişi ilə qurtarır, Ermənistan bunu indi etməsə də, ilin sonuna qədər etmək məcburiyyətində qalacaq. Çünki Rusiyadakı seçkilərdən sonra oradakı situasiyanın necə olacağını hələ bilmək olmaz. Bütün siyasi gedişlərin fonunda Azərbaycan öndə olan dövlətdir və Ermənistan danışıqlara, sülhə məcbur qalacaq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO