Mustafa Şentop Şuşada jurnalistlərə açıqlama verdi: “Burada gördüklərimizi ancaq...”

Mustafa Şentop Şuşada jurnalistlərə açıqlama verdi: “Burada gördüklərimizi ancaq...”

Hazırda oxunan: Mustafa Şentop Şuşada jurnalistlərə açıqlama verdi: “Burada gördüklərimizi ancaq...”
30328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şuşa haqqında gözəl sözlər eşitmişəm. Mədəniyyət baxımından çox zəngin şəhər olduğunu bilirik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında deyib.

“Maraqlı gəlirdi və Şuşaya gəlmək bizə tam başqa həyəcan vermiş oldu. Gecə saatlarında gəldiyimizə görə hələlik şəhəri gəzə bilməmişik, amma bu gün şəhərin gözəlliyini gözlərimizlə görəcəyik. İndiyə qədər gördüklərimiz məni bir az təəssüfləndirdi. Çünki bir şəhərin sahibi bizik deyib buna inananlar, şəhəri bu günə qoya bilməzlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşaya getdilər - FOTO


Bunu ancaq işğalçı anlayışı ilə yaşayanlar edə bilərlər. Tək Şuşada deyil, bütün məkanlarda daş üstündə daş qalmayıb. Bu təxribatı ortadan qaldırmaq üçün sürətli tikinti-bərpa işlərinin getdiyinin də şahidi olduq.

Bir neçə ay ərzində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması üçün hər şeyin hazır olacağına inanıram”, deyə TBMM sədri bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Şuşa şəhərində səfərdədir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO