İlham Əliyev BMT-nin mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev BMT-nin mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev BMT-nin mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO/VİDEO
272053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, Yunanıstanın Baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırıb, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd edib.
 

Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.


Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunulub..




İlham Əliyev BMT-nin mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO