Putin Azərbaycan tarixini təhrif etdi – Bəs rus tarixçisi NƏ DEYİR?

Hazırda oxunan: Putin Azərbaycan tarixini təhrif etdi – Bəs rus tarixçisi NƏ DEYİR?

26936

“Həqiqətən də çox problem toplanıb. Qarabağda normal infrastrukturun bərpası məsələsi var. Bununla yanaşı, Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin ayrılması istiqamətində də suallar mövcuddur. Əsasən də o yerlərdə ki, orada dövlət sərhədləri heç vaxt olmayıb. Çünki bu yalnız Sovet İttifaqı respublikaları arasında administrativ sərhəd kimi idi”.

Bizim.Media xəbər verir ki, bunları Rusiya prezidenti Vladimir Putin canlı yayımda erməni sualına cavab verərkən deyib. Yəni, Kreml rəhbərinin sözlərinə görə, bəzi ərazilərdə Azərbaycan-Ermənistan dövlət sərhədləri heç vaxt olmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ – Putindən erməninin Qarabağ sualına CAVAB - VİDEO


Tarixin verdiyi cavab...

Nə Səfəvilər, nə də ondan əvvəlki Azərbaycan dövlətlərinin dövründəki xəritəyə baxsaq, görərik ki, heç xanlıqlar dövründə də Azərbaycan-Ermənistan sərhədləri olmayıb. Çünki regionda erməni dövləti olmayıb. Onların hazırkı xəritəsi də İrəvan xanlığının ərazisidir. Bu versiya üzərində çox dayanmayacağıq, çünki Putin də deyə bilər ki, “ona qalsa Alyaska da Rusiya ərazisi idi”.

Ona qalsa Gülüstan və Türkmənçay (1813-1828) sazişlərinə qədər Rusiya da Cənubi Qafqazda olmayıb. 

1918-ci il iyunun 4-də Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistanın ərazisi təqribən 9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 200 min erməni, 100 min azərbaycanlı, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi.

Bu respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. (Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371.)


O dövrdə Göyçə gölü də Azərbaycanda idi. Ermənilər isə sonradan gölün qərb sahillərinə köçürülüb. O zamankı dövlət sərhədlərinə görə, Zəngəzur da Azərbaycan daxilindəydi. Yəni, Vladimir Putini dövlət sərhədi maraqlandırırsa, sərhədin heç bir nöqtəsində müəmmalı yerlər yoxdur.

Əksinə, Azərbaycan tərəfinə qaytarılmalı olan torpaqlar var.

Yəqin, Moskva Azərbaycan Xalq Cümhuriyyətini dövlət kimi tanımır. Ermənilər də işğal etdiyi Qarabağı Azərbaycan ərazisi saymırdılar. Amma unutmayaq ki, Azərbaycanın həm 1918-1920-ci ilki, həm də indiki sərhədlərini bütün dünya tanıyır.   

Rusiyalı tarixçinin cavabı

Rusiyalı alim, ictimai xadim (1858-1915) Nikolay Şavrov demişkən, “biz müstəmləkəçilik fəaliyyətimizə Cənubi Qafqazda rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsi ilə başladıq. 

1826–28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək regiona 40 min İran və 84 min Türkiyə erməniləri köçürüb və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi (yox) idi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılıb”. 
 

Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olub və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.


Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənib. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlib:  

“20-ci əsrin əvvəlində regionda yaşayan 1 milyon 300 min ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılanlar olub” 

Qeyd edək ki, Sovet hakimiyyəti illərində də xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana gətirilib. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO