Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO

Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO
266152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib.

Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.
 

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.


Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.

Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib.

Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
 

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq.


Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur.
 

Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur.


İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
 

Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır.

Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.



Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 1
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 2
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 3
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 4
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 5
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 6
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 7
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 8
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 9
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 10
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 11
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 12
Prezident və birinci xanım Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO/VİDEO - foto 13


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO