DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

Hazırda oxunan: DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!
256558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, iyunun 24-də vətəndaşların bank kartlarından 3058, 400, 393, 268, 250, 25 manat pul vəsaitləri kiber üsulla oğurlanıb.

"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır", nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO