Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji sahələrində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji sahələrində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji sahələrində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
252727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Energetika naziri Pərviz Şahbazov 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Avropa İttifaqının strateji enerji tərəfdaşlığının enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib.
 

Bu tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib.


Azərbaycandan Avropaya təbii qaz və bərpaolunan enerji enerjinin tədarükü ilə bağlı infrastrukturların inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib. Bu xüsusda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi prosesi, həmçinin “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan”, “Mərkəzi Asiya - Azərbaycan” yaşıl enerji interkonnektorları layihələri ilə bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı yaxın günlərdə Brüsseldə keçiriləcək Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun 3-cü iclasının gündəliyindəki prioritet məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji sahələrində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 1
Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji sahələrində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO