İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO

İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO

Hazırda oxunan: İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO
251349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin “Anadolu Grubu”nun İdarə Heyətinin fəxri sədri Tuncay Özilhan və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova dövlətimizin başçısına müəssisə barədə məlumat veriblər.

İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, “Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub.

Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. 

“Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur.

İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. 

“Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Paytaxtla yanaşı, regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır. 

“Azerbaijan Coca-Cola Bottlers” MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.
 


İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 1
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 2
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 3
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 4
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 5
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 6
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 7
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 8
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 9
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 10
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 11
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 12
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 13
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 14
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 15
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 16
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 17
İsmayıllıda yeni istehsal müəssisəsi açıldı - FOTO - foto 18

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO