Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı DETALLAR

Hazırda oxunan: Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı DETALLAR

24922

İyulun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin Şuşada Baş konsulluğu açılacaq – Ərdoğan açıqladı


Bizim.Media xəbər verir ki, sənəddə digər sahələrlə yanaşı, ticarət-iqtisadi münasibətlərilə bağlı məsələlər də yer alıb. Belə ki, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Qeyd edək ki, Prezident İlham Əliyev də Şuşadakı mətbuat konfransında da bildirib ki, Bəyannamədə Zəngəzur koridoru açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb:

“Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəniki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq.

Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”,- deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO