Ermənistanda 25 % əhali şizofreniyadan əziyyət çəkir – “QARABAĞ KLANI” onları bu hala salıb

Hazırda oxunan: Ermənistanda 25 % əhali şizofreniyadan əziyyət çəkir – “QARABAĞ KLANI” onları bu hala salıb

24900

“Əslində Ermənistanda seçki qabağı güclü ajiotaj gedir. Bildiyimiz kimi Rusiya yönümlü qüvvələr, Amerika yönümlü qüvvələri üstələmək istəyir. Rusiya burada daha çox Köçəryana dəstək verir.

Rusiya istəyir ki, rüspərəst namizədlər Köçəryan və Sarkisyan cütlüyü ən çox səs çoxluğunu götürsün. Ancaq Paşinyan da öz siyasətini davam etdirir.

Bəzi vaxt özünü sərsəm, bəzi zamanlar isə siyasətdən uzaq olan insan kimi göstərir. Ancaq bütün hallarda Ermənistanda qarşıdurma öz pik səviyyəsinə gəlib çatıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı bu il 90 min nəfər tərk edib – Son 25 ildə ən yüksək göstəricidir


Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanda keçirilən seçkilər haqqında danışarkən deyib. O, qeyd edib ki, Ermənistanda yaşayan ermənilər isə Dağlıq Qarabağ məsələsinə qarışmaq istəmirlər, bu onların marağında deyil. 

“Çünki bu müddət ərzində Köçəryan və Sarkisyanın yürütdüyü işğalçılıq siyasəti Ermənistanı bir dövlət kimi məhv edib. Bundan başqa ikinci bir məsələ də var.

Hələ 2005-ci ildə Ermənistanda aparılan tətqiqatların nəticələrini “Qolos Armeniya” Ümumdünya Səhiyyə Təşkilatında göstərib ki, Qarabağ məsələsi ölkədə psixoz xəstəliyini daha da artırıb və əhalinin 25 % şizofreniya vəziyyətindədir. Pandemiya dövründə isə bu xəstəlik özünün pik həddinə çatıb.

Müharibədən sonra 2021-ci ilin yanvar ayında əhali arasında aparılan sosial sorğular və tətqiqatlar göstərir ki, Ermənistanda hər iki nəfərdən biri şizofreniyanın ən ağır formasından əziyyət çəkir. Bu da istər-istəməz keçirilən seçkilərə də təsir edəcək”.

Politoloq həmçini bildirib ki, hazırda Ermənistanda seçkiqabağı təbliğat aparılmır. Tərəflər bir-birinə qarşı ancaq kompromatdan istifadə edirlər.
 

“Bu proseslər isə ermənilərin iç üzlərini daha da açıb, ortaya qoyur. Hadisələrin bütün gedişatı göstərir ki, Paşinyan təslim olmayacaq. O, bildirib ki, seçkilər saxtalaşdırıldığı təqdirdə 21 iyunda əhalini küçələrə çağıracaq.


Burada da ABŞ-ın böyük rolu var. Qeyd edim ki, ABŞ-n 4 ən böyük səfirliyindən biri İrəvanda yerləşir. Bu da təsadüfi deyil. Bütün hallarda Ermənistanın bir dövlət kimi tam iflası nəzərə çarpır. Düşünürəm ki, Paşinyan məsələni öz xeyrinə həll edə biləcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin