Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO

Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO

Hazırda oxunan: Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO
248622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
 

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.


Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.


Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 1
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 2
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 3



Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 4
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 5
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 6
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 7
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 8
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 9
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 10
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında – FOTO/VİDEO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO