Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri aktiv işləməyə çağırıb, əks halda onlarə daha effektiv xarici mütəxəssislərlə əvəzləyəcəyi ilə hədələyib. Nazarbayev Sinqap təcrübəsini də misal çəkib:
“Vaxtilə Sinqapur bütün dünyada pensiyaya çıxan mütəxəssisləri axtardı və tapdı. Dəvət etdi ölkəyə və onlar rəhbər vəzifələrdə çalışdılar. Baxın, əgər siz normal işləməsəniz, yerinizə oradan mütəxəssislər dəvət edəcəyəm”,xa0
Görəsən, Azərbaycanda belə bir təcrübəni sınaqdan keçirilsə, effektiv olarmı? Yəni xaricdən mütəxəssis cəlbi nəzərəçarpacaq dəyişikliyə səbəb ola bilərmi?
Moderator.az-ın əməkdaşı mövzunu inkişaf etdirərək millət vəkili Fazil Mustafaya "Siz necə hesab edirsiniz, Azərbaycanda tutaq ki, 3 nazir və ya nazir müavini xaricdən gətirmək effekt verərmi? Şəxsən Siz belə bir təcrübəni sınaqdan keçirməyi məqbul hesab edirsinizmi" sualına aşağıdakı cavabı alıb:
"Azərbaycanda xaricdən gətirilən nazirin hansısa effekti olmaz. Onların bizim qaydaları öyrənməsi üçün Qazaxıstandan daha çox vaxt tələb olunacaq. Xaricdən gələn nazir məsələsidə iki nətcə düşünülə bilər: ya onlar bizə oxşamalıdır, ya da biz öz qaydalarımızı tərk edib, onlara bənzəməliyik. Hər halda birinci ehtimal daha böyük olduğundan, bu qaydanın Qazaxıstanla məhdudlaşması daha məqsədəuyğun olardı. Əslində xaricdən kimisə gətirmək yerinə, özümüzünkülər modern təfəkkürlə çalışsalar, bu, cəmiyyətimizə daha böyük fayda verərdi".



































































































