Azərbaycanla Pakistan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanla Pakistan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanla Pakistan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO
242560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Daşkənddə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşü çərçivəsində parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, hər iki ölkənin parlamentləri arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib. Ölkələrin həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğu, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəklədiyi vurğulanıb.
 

Qeyd olunub ki, iki ölkənin qanunverici orqanları əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq qeyd edib ki, sıx təmaslar və müsbət dialoq parlamentlərin əməkdaşlığına xidmət edir.


Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. Şəbəkənin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da vacib müzakirələrə, təşkilatın gələcək inkişafı baxımından uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə edilib.

Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək söyləyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir. Sədr xalqlar arasında da təmasların vacibliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Azərbaycanla Pakistan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 1
Azərbaycanla Pakistan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 2
Azərbaycanla Pakistan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO