Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO

Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO

Hazırda oxunan: Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO
238041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.

Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Bizim.Media xəbər verir ki, Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək.

Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.

Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb.

Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO - foto 1
Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO - foto 2
Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO - foto 3
Birinci Xanım Gəncə Memorial Kompleksinin layihəsi ilə TANIŞ OLDU - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO