Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Hazırda oxunan: Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO
236845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.



Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 1
Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 2
Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 3
Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO