Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO

Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO
235402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda kurs keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirin açılışında çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, ədliyyə general-mayoru Elçin Əliyev Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun son illər ərzində apardığı əməliyyatlar zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunduğunu xüsusi qeyd edib.

General-mayor E.Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinə Beynəlxalq Humanitar Hüququn (Silahlı Münaqişələr Hüququnun) müddəalarının çatdırılması və əməl edilməsinə nəzarətin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-nun mobil təlim qrupunun təlimatçıları tərəfindən keçirilən kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır.
 

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO-da beynəlxalq humanitar hüququn normaları və Silahlı Münaqişə Hüququ üzrə nəzəri biliklərin, o cümlədən xidməti fəaliyyətlər zamanı tətbiqi imkanlarının aşılanması ilə bağlı müxtəlif mövzular tədris ediləcək.


Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.

Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO - foto 1
Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO - foto 2
Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO - foto 3
Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO - foto 4
Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO