Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO

Hazırda oxunan: Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO
231030
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bolu vilayətindəki hoteldə baş verən yanğınla bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Yanğının səbəbi hələ ki məlum deyil.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO