Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO

Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO
223927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
 

Bildirilib ki, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.


İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO - foto 1
Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO - foto 2
Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO