“ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturları köhnədir və reallığa uyğun deyil” - XİN başçısı

“ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturları köhnədir və reallığa uyğun deyil” - XİN başçısı

Hazırda oxunan: “ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturları köhnədir və reallığa uyğun deyil” - XİN başçısı

223920

“Avropada İslamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur. ATƏT-ə üzv olan müvafiq dövlətlərin Təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı bildirib.

“Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır”, - Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturları köhnədir və reallığa uyğun deyil: “Bu strukturların kağız üzərində saxlanması Təşkilatın Maliyyə Qaydalarına ziddir. Müvafiq olaraq, bu vəziyyət büdcə proses çərçivəsində tənzimlənməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO