“Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı bildirib.
“Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik.
Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur”.
Bizim.Media
![Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət İrəvanla danışıqlarda təxribatçı hərəkətlərdən çəkinməkdən məsuldur Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət İrəvanla danışıqlarda təxribatçı hərəkətlərdən çəkinməkdən məsuldur](https://bizim.media/file/articles/2024/12/05/1733414646_7303e016-ca45-30bb-8b01-01594e42704e_850.jpg)
- A-
- A
- A+
Siyasət
19:56 / 05.12.2024
Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət İrəvanla danışıqlarda təxribatçı hərəkətlərdən çəkinməkdən məsuldur
Hazırda oxunan: Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət İrəvanla danışıqlarda təxribatçı hərəkətlərdən çəkinməkdən məsuldur
Hazırda oxunan: Rəsmi Bakı: Beynəlxalq ictimaiyyət İrəvanla danışıqlarda təxribatçı hərəkətlərdən çəkinməkdən məsuldur
223915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.