Prezident laoslu həmkarını TƏBRİK ETDİ

Prezident laoslu həmkarını TƏBRİK ETDİ

Hazırda oxunan: Prezident laoslu həmkarını TƏBRİK ETDİ
223306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarı Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubunda Laos Xalq Demokratik Respublikasının Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ürəkdən təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib:
 

“Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. 


İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”. 

Dövlətimizin başçısı, həmçinin laoslu həmkarını Azərbaycana səfərə dəvət edib.

Prezident İlham Əliyev bu bayram günündə Thonqlun Sisulitə ən xoş arzularını çatdırıb, dost Laos xalqına daim əmin-amanlıq və rifah arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO