Lalə Şövkət siyasətə GERİ QAYIDIR?

Lalə Şövkət siyasətə GERİ QAYIDIR?

Hazırda oxunan: Lalə Şövkət siyasətə GERİ QAYIDIR?

222788

Mətbuatın yazdığına görə, sabiq dövlət katibi Lalə Şövkət ötən il fəaliyyətini dayandıran Azərbaycan Liberal Partiyasını bərpa etmək qərarına gəlib. Bununla bağlı hətta bəzi hazırlıqlara start verildiyi də bildirilir.

İddiaya görə, Lalə Şövkətin iştirakı ilə ALP-nin keçmiş rəhbərliyinin iclası keçirilib, orada ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Lalə Şövkət qeyd edib ki, ALP-nin fəaliyyəti bərpa olunduqdan sonra yeni prioritetləri bəyan olunacaq.

Xatırladaq ki, ALP-nin sabiq sədri Əvəz Temirxan daha əvvəl verdiyi açıqlamalarda partiyanın bərpa olunacağını açıqlayıb. Bunun üçün o, Milli Məclisə keçirləcək seçkilərən sonra addım atılacağını vurğulamışdı.

Görəsən, ALP-nin bərpası və Lalə Şövkətin siyasətə geri qayıdışı nə qədər realdır?

Məlumatla bağlı Bizim.Media-ya açıqlamasında Əvəz Temirxan məsələyə konkret cavab verməyərək, bir qədər gözləməyi məsləhət görüb:

“Azərbaycan Liberal Partiyası heç vaxt özünü buraxmayıb. Bu fikir səhvdir. Sadəcə olaraq partiya öz fəaliyyətini dayandırıb. Partiyanın fəaliyyətinin yenidən bərpasına gəldikdə isə, bir az gözləmək lazımdır”.

Qeyd edək ki, Lalə Şövkət 1994-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsini icra edib. O, 1995-2003-cü illərdə təsisçisi olduğu Azərbaycan Liberal Partiyasına sədrlik edib. 2003-cü ildə sədrlikdən istefa verdikdən sonra bir neçə il də aktiv siyasətlə məşğul olan Lalə Şövkət uzun illərdir siyasi arenadan uzaqdır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO