Bakıda NATO ilə bağlı konfrans keçirildi

Bakıda NATO ilə bağlı konfrans keçirildi

Hazırda oxunan: Bakıda NATO ilə bağlı konfrans keçirildi
222402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 26-da Bakı şəhərində Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir zamanı ölkəmizin Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və perspektivləri, SNT proqramının nailiyyətləri, ölkəmizin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi və Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO