İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO

Hazırda oxunan: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO
220885
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.

Tərəflər arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüş xatırlanıb, bu kimi təmasların əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

İƏT çərçivəsində ətraf mühitin qorunması, yaşıl enerji kimi təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf COP29-un uğurla təşkil olunmasının İƏT üçün qürurverici olduğunu bildirib, bu xüsusda ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb.

COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsinin regional və qlobal iqlim səyləri baxımından əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO - foto 1
İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO - foto 2
İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO - foto 3
İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO