Azərbaycan-BMT əməkdaşlıq gündəliyi müzakirə olundu – FOTO

Azərbaycan-BMT əməkdaşlıq gündəliyi müzakirə olundu – FOTO

Hazırda oxunan: Azərbaycan-BMT əməkdaşlıq gündəliyi müzakirə olundu – FOTO
220840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Ceyhun Bayramov COP29-a hazırlıq işləri barədə ətraflı məlumat verərək, bu çərçivədə BMT ilə sıx əməkdaşlığın əsas prioritetlərimizdən biri olduğunu diqqətə çatdırıb.

COP29 çərçivəsində aparılan danışıqlar prosesindən bəhs olunub, əldə edilən uğurların, habelə COP29 çərçivəsində təşkil olunan digər yüksək səviyyəli tədbirlər zamanı gedən aktiv müzakirələrin iqlim fəaliyyətinə töhfə olacağına dair inam ifadə olunub.

Ölkəmizin milli səviyyədə yaşıl enerji və inkişaf təşəbbüsləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində yaşıl texnologiyaların geniş tətbiq edildiyi qeyd olunub. Ölkəmizin bölgədəki bərpa və quruculuq səylərinə əsas hədələrdən birinin davam edən mina təhdidinin olduğu, vətəndaşlarımızın həyat və sağlamlığını təhdid edən mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Qarşı tərəf Azərbaycanın COP29-un təşkil edilməsi zamanı məhz BMT ilə yaxından əməkdaşlıq yanaşmasını tətbiq etməsinin təqdirəlayiq olduğunu və sessiyanın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb, sədrlik fəaliyyətində ölkəmizə uğurlar arzu edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-BMT əməkdaşlıq gündəliyi müzakirə olundu – FOTO - foto 1
Azərbaycan-BMT əməkdaşlıq gündəliyi müzakirə olundu – FOTO - foto 2
Azərbaycan-BMT əməkdaşlıq gündəliyi müzakirə olundu – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO