Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb

Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb

Hazırda oxunan: Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb
220360
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Manqistau vilayətinin Kurık limanında gücü ildə 1 milyon ton olan yeni taxıl terminalı istifadəyə verilib.

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Kaspi Grain Way” özəl şirkətinin Kurık limanının ərazisində yerləşən taxıl terminalı bu ölkənin hər yerindən taxıl məhsullarını qəbul etməyə hazırdır.

Layihə çərçivəsində eyni vaxtda 28 min tona qədər taxıl məhsulunun saxlanıla biləcəyi 18 silos tikilib. Konveyerlərin gücü saatda 300 tondur.

Terminal taxıl ixracı həcmlərinin proqnozlaşdırılan artımını təmin edəcək. Hazırda taxıl terminalında 14 min tona yaxın arpa saxlanılır.

Noyabrın 9-da bu terminaldan Kurık limanının 4 nömrəli yanalma məntəqəsindən istifadə etməklə 3500 ton arpa həcmində ilk yük partiyasının daşınması həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO