Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO

Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO

Hazırda oxunan: Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO
218449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb.
 

Azərbaycan Respublikasının müdafiə naziri "Mərakeş Aviaşou 2024" sərgisinə dəvətə görə həmkarına təşəkkür edib.


Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"ini imzalayıb.

Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO - foto 1
Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO - foto 2
Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO - foto 3
Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalandı – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO