Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı Bursa universitetinin rəhbərli ilə görüşdü

Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı Bursa universitetinin rəhbərli ilə görüşdü

Hazırda oxunan: Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı Bursa universitetinin rəhbərli ilə görüşdü

218060
Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan Uludağ Universitetinin rektor müavini Prof. Dr. Mehmet Yüce və universitetin rəsmiləri ilə görüşüb.xa0

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi ətrafında geniş müzakirələr olub və konkret layihələr ətrafında fikir mübadiləsi aparılıb.xa0
Görüş zamanı bu universitetdə təhsil alan 300-dən artıq azərbaycanlı tələbələrlə də bağlı müzakirələr olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayımasında onların üzərinə də böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.xa0

Görüşün sonunda millət vəkili Q.Paşayeva Uludağ Universitetinin rektor müavini Prof. Dr. Mehmet Yüce və universitetin rəsmilərinə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib və onların simasında bütün qardaş Türkiyədə yaşayan qardaş-bacılarımızın Novruz bayramını təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO