Xəbər verdiyimiz kimi, Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.
Bizim.Media Rahim Hüseynovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini TƏYİN OLUNDU
Rahim Hüseynov 1985-ci ildə anadan olub.
R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil alıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlayıb.
Əmək fəaliyyətinə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsində başlayıb.
2013–2018-ci illərdə “Azərsun Holdinq” MMC-nin Daxili Audit Qrupunda auditor vəzifəsində çalışıb.
2020–2021-ci illərdə “Avrora” MMC-də auditor kimi fəaliyyət göstərib.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Monitorinq və təhlil şöbəsinin müdiri vəzifəsini icra edib.
2022-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.
2025-ci ilin may ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.
Evlidir, iki övladı var.
Bizim.Media































































































