Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Böyük Qayıdışla bağlı aparılan işlər barədə məlumatlandırılıb - FOTO

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Böyük Qayıdışla bağlı aparılan işlər barədə məlumatlandırılıb - FOTO

Hazırda oxunan: Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Böyük Qayıdışla bağlı aparılan işlər barədə məlumatlandırılıb - FOTO
202305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib. 

Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı miqrasiya problemi ilə üzləşdiyini, Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Post-münaqişə dövründə məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün aparılan işlər barədə məlumat verilib.

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Böyük Qayıdışla bağlı aparılan işlər barədə məlumatlandırılıb - FOTO - foto 1
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Böyük Qayıdışla bağlı aparılan işlər barədə məlumatlandırılıb - FOTO - foto 2
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Böyük Qayıdışla bağlı aparılan işlər barədə məlumatlandırılıb - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO