Fransa destruktiv əməllərinə son qoymalıdır - BƏYANAT

Fransa destruktiv əməllərinə son qoymalıdır - BƏYANAT

Hazırda oxunan: Fransa destruktiv əməllərinə son qoymalıdır - BƏYANAT
191714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın siyasi dairələri təxribatçı əməllərini davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda, həmçinin qeyd edilir:

"Bu günlərdə Fransanın Lion şəhərinin meri Qreqori Duse erməni diasporunun bir qrup radikal üzvü ilə birlikdə “böyük Ermənistan” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında foto çəkdirərək region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və bölgədə gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd göstərmişdir.

Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək vermişdir. Bundan əlavə, Lion meri Ermənistanda Azərbaycan mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə Lion meriyası və İrəvan bələdiyyəsi İrəvandakı tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlamışlar.
Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayır, Fransadan destruktiv əməllərinə son qoymağı tələb edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO