İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər – FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər – FOTO/VİDEO

191325

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər. 

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad edib. Dövlət başçısı və Birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar. 
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub. 
 



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO