Ceyhun Bayramov İsrail XİN-nin siyasi direktorunu regionda mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO

Ceyhun Bayramov İsrail XİN-nin siyasi direktorunu regionda mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov İsrail XİN-nin siyasi direktorunu regionda mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO

191140

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.

C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Məsləhətləşmələrdə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO