Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib - FOTO

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib - FOTO

Hazırda oxunan: Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib - FOTO
190170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 2-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının Təhsil, mədəni və sosial işlər komitəsinin sədri Abdelrahman Drissi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Fəzail İbrahimli qonağın VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirib. 

O, Prezident İlham Əliyevin forumda etdiyi çıxışındakı fikirlərin regional və qlobal təhlükəsizlik üçün aktuallığını vurğulayıb, forum çərçivəsində keçirilən müzakirələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Fəzail İbrahimli qonaqlara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi qərb dairələrinin haqsız təzyiqləri ilə üzləşməsindən söz açıb, regionda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıb.

Mərakeşli qonaq Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri yüksək dəyərləndirib, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Azərbaycan və Mərakeş arasında münasibətlər barədə fikirlərini açıqlayıb.

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib - FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO