Elçin Əmirbəyov: “Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir”

Elçin Əmirbəyov: “Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir”

189841

“Papa Fransisk Həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir. Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub və o vaxtdan bəri sülh prosesində mühüm irəliləyişlər əldə edilib”. 

Bizim.Media xəbər verir ki, bunu Vatikanda işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov oranın yerli xəbər agentliyi “Servizio İnformazione Religios”a müsahibəsində bildirib.

O qeyd edib ki, ən son müsbət irəliləyişlər ötən sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edəndən sonra və Qarabağ regionu üzərində özünün effektiv nəzarətini bərpa edəndən sonra mümkün olub:

“Bu gün biz inanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələr ilə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik. 

İki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonunun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq.
Paralel olaraq, Azərbaycan özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO