Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib - FOTO

Hazırda oxunan: Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib - FOTO

189021

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat verilib.

Məlumata görə, görüşdə Petersberq İqlim Dialoqunun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) istiqamətində həlledici addımdır.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO