Vüqar İskəndərov: “Baykal-Amur Magistralının ərsəyə gəlməsində Heydər Əliyevin müstəsna xidmətləri olub"

Hazırda oxunan: Vüqar İskəndərov: “Baykal-Amur Magistralının ərsəyə gəlməsində Heydər Əliyevin müstəsna xidmətləri olub"

188787

“Ulu Öndər Heydər Əliyev gördüyü işlərlə bu gün nəinki ölkəmiz üçün, eləcə də Rusiya Federasiyasının inkişafında da mühüm rol oynayıb. Bunu biz Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramda da müşahidə edirik. Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng BAM layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib”.

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

“Bu nəhəng nəqliyyat layihəsi 50 il keçməsinə baxmayaraq bu gün də öz aktuallığını qormuqadadır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM-ın tikintisində fəal iştirak ediblər və fədakarlıq göstəriblər.

Cənab prezidentin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı da bildirildi ki, bu meqalayihənin ərsəyə gəlməsində Ulu Öndərin müstəsna xidmətləri olub. 

Bu baxımdan Heydər Əliyevin Sovet İttifaqının rəhbərliyində olanda gördüyü işlərin bəhrəsini müasir Rusiya xalqı da görür. Hazırda isə Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu təməllər isə məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də iki ölkə müttəfiq olaraq bu yolla davam edir. 

Deputat qeyd edib ki, hazırda aktuallığını qoruyan “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında da əvvəlki təcrübədən istifadə olunur: 

“Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Bu yol bizə imkan verəcək ki, Şimaldan gələn yüklərin Hind okeanı ətrafına istiqamətləndirilməsi məsələsində Azərbaycan əlverişli mövqedə olacaq. Çünki “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO