Deputatdan erməni revanşistlərinə SƏRT REAKSİYA – “Kin-küdurətlərində boğulacaqlar”

Hazırda oxunan: Deputatdan erməni revanşistlərinə SƏRT REAKSİYA – “Kin-küdurətlərində boğulacaqlar”

188781

Xəbər verdiyimiz kimi, İrəvanda eks-prezident Serj Sarkisyan və “Hayastan” blokundan deputat Levon Köçəryanın (Robert Köçəryanın oğlu) iştirak etdiyi yürüşdə Tükiyə və Azərbaycan bayraqlarını yandırılıb.

Sülh prosesi ilə bağlı danışıqların getdiyi bu ərəfədə niyə belə addım atılır? Erməni xisləti bayraq yandırmaqla nə əldə edəcək?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya mövzunu şərh edib. 

O bildirib ki, hər hansı bir ölkədə digər ölkənin atributlarına edilən hörmətsizlik həmin ölkənin vətəndaşlarının öz atributlarına göstərdikləri dəyərə bərabərdir:

“Kiminsə toxunulmazlığına əl uzatmaq, təhqir etmək qəti yolverilməzdir. Ona görə də özünə hörmət edən böyük xalqlar heç vaxt başqa xalqın dövlət bayrağına, rəmzlərinə təhqiramiz münasibət göstərmirlər. Bunu edən ermənilərdir. 

Bu, əslində, Köçəryanın və Sarksiyanın hərəkətləri yox, Ermənistan ictimaiyyətinin türk dünyasına qarşı olan nifrətinin təzahürüdür. Bundan əlavə, Ermənistandakı etnik dözümsüzlüyün göstəricisidir. İllərdir Türkiyə və Azərbaycana qarşı ermənilərin tərbiyə etdiyi düşmənçiliyin təzahür formalarından biridir. 
 

Bu gün Türkiyə və Azərbaycanın razılığı olmadan Ermənistan blokadada yaşayan icma vəziyyətindədir. Etnik nifrət davam edərsə, bu, Ermənistanın regiona inteqrasiya yolunda ciddi maneə törədər.

Ermənistan özünü dövlət hesab edirsə, müvafiq orqanları qonşu dövlətə, ölkəyə qarşı edilən bu təhqiramiz hərəkətin müəlliflərini məsuliyyətə cəlb etməlidir. 

Bir sıra Avropa ölkələrində biz görürük ki, atributları təhqir edən şəxslərə qarşı cəza tədbirləri təşkil olunur. Belə də olmalıdır. Əks təqdirdə bu cür davranışlar erməniləri öz kin-küdurətlərində boğulmağa məhkum edəcək”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO