XİN-dən Qazaxın 4 kəndinin qaytarılmasına MÜNASİBƏT: "Çoxdan gözlənilən tarixi hadisə” - FOTO

Hazırda oxunan: XİN-dən Qazaxın 4 kəndinin qaytarılmasına MÜNASİBƏT: "Çoxdan gözlənilən tarixi hadisə” - FOTO

187984

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın tezliklə 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, A. Hacızadə bu barədə rəsmi “X” hesabında paylaşım edib.

"Çoxdan gözlənilən tarixi hadisə:

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.
 

 


Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO