Ersin Tatar:

Ersin Tatar: "Şuşaya səfərə dəvət olunduğum üçün İlham Əliyevə təşəkkür edirəm" - VİDEO

Hazırda oxunan: Ersin Tatar: "Şuşaya səfərə dəvət olunduğum üçün İlham Əliyevə təşəkkür edirəm" - VİDEO

183481

“Şuşaya səfərə dəvət olunduğum üçün xalqım adından və şəxsən öz adımdan İlham Əliyevə təşəkkür edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Baku TV-yə söyləyib.

O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışıb.

“Üç ay əvvəl Bakıya səfərim zamanı İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı bağların daha da gücləndiyini, Qarabağ Zəfərindən sonra yeni bir eranın başladığını vurğulamışdı. Münasibətlərimiz tək millət üç dövlət səviyyəsindədir. Bizim keçmişimiz, taleyimiz birdir. Bir-birimizə daim dəstək olmalıyıq. Bu fikirləri görüşümüz zamanı İlham Əliyev də ifadə etmişdi. Türkiyə hər zaman Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi də buna nümunədir”, - deyə o bildirib.

Həmçinin, Ersin Tatar Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO