Tehrandakı səfirliyimizin fəaliyyəti BƏRPA OLUNUR – İran köhnə səhvlərindən NƏTİCƏ ÇIXARACAQ?

Tehrandakı səfirliyimizin fəaliyyəti BƏRPA OLUNUR – İran köhnə səhvlərindən NƏTİCƏ ÇIXARACAQ?

Hazırda oxunan: Tehrandakı səfirliyimizin fəaliyyəti BƏRPA OLUNUR – İran köhnə səhvlərindən NƏTİCƏ ÇIXARACAQ?

181363

Nəhayət, İrandakı Azərbaycan səfirliyi əməkdaşlarının fəaliyyətlərinin bərpası istiqamətində razılıq əldə olundu. 

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ciddədə keçirdiyi görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

İranın Ermənistana qarşı susqunluğu: Mahiyyəti və səbəbləri  


“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

Görəsən, bundan sonra iki ölkə arasındakı münasibətlər necə inkişaf edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Tehrandakı səfirliyimizin bərpası böhran elementlərinin aradan qaldırılması və münasibətlərin inkişafı istiqamətində atılacaq addımlardan biri olacaq:

“Bir neçə il ərzində İranın bəzi siyasi dairələrinin fəaliyyəti nəticəsində iki ölkə arasında gərginlik yarandı. Bu gərginlik nəticəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum baş verdi. Hazırda hiss olunur ki, mövcud böhran addımbaaddım aradan qaldırılır. Bundan öncə müvafiq səviyyədə müəyyən təmaslar olub. Bu səviyyədə əldə olunan nəticə ondan ibarətdir ki, İran Azərbaycan konfrantasiyası nə Tehranın, nə də ki, Bakının xeyrinədir. 

O baxımdan mövcud platformada böhran elementləri addım-addım aradan götürüləcək. Səfirliyin fəaliyyətinin bərpası da bu istiqamətdə atılacaq addımlardan biri olacaq”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO